Mobil versiya
Əliyev-Sərkisyan görüşü: müzakirə edilən məsələ
Tarix: 15-05-2016 | Saat: 14:43
Bölmə:Aia TV | çapa göndər

Əliyev-Sərkisyan görüşü: müzakirə edilən məsələ






Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında Vyanada keçiriləcək görüşdə cəbhədə atışmaların istiqamətini müəyyən etmək üçün ekspertlərin göndərilməsi məsələsi də müzakirə ediləcək.

Nəşr diplomatik mənbələrə əsasən bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı təmas xəttində baş verən atışmaların müəyyən edilməsi üçün bəzi addımların atılmasını təklif edib. Fransa cəbhə bölgələrinə ekspertlərin göndərilməsinin sülhə də töhfə verəcəyini bildirib. Bu ekspertlərin 3 həmsədr ölkədən olması məsələsi də müzakirə mövzusudur.

Təklif edilən məsələnin Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan və Fransa Senatının Avropa işləri üzrə komissarı Can Bizet arasında keçirilən görüşdə də müzakirə edildiyi bilirilib. Vyanada keçirilməsi gözlənilən Əliyev-Sərkisyan görüşündə də bu məsələnin əsas müzakirə mövzusu olacağı istisna edilmir.

Qeyd edək ki, bəzi politoloqlar prezidentlərin 16 may tarixində Vyanada nəzərdə tutulan görüşündə Azərbaycan tərəfinin Ermənistan ordusunun işğal etdiyi torpaqlardan çəkilməsi məsələsini qaldıracağını bildirir.

Prezident İlham Əliyev də formal görüşlərdən imtina etdiyini artıq bəyan edib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024