Mobil versiya
Yağış yağacaq
Tarix: 15-05-2016 | Saat: 12:37
Bölmə:Cəmiyyət | çapa göndər

Yağış yağacaq





Mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024