Mobil versiya
Mərhum şəxsin nəvəsinə ad qoyularkən...
Tarix: 14-05-2016 | Saat: 19:41
Bölmə:Cəmiyyət | çapa göndər

Mərhum şəxsin nəvəsinə ad qoyularkən...






Hər şeydən əvvəl bunu qeyd edək ki, uşağa ad qoymaq ixtiyarı valideynlərə aiddir. Baba və nənə, digər qohumlar məsələyə müdaxilə etsələr, onların dediyini etmək vacib deyil. Amma böyüyün sözünə ehtiramla yanaşmaq bəyənildiyi üçün onların məsləhətini də nəzərə almaq, ürəklərini qırmamaq yaxşı olar.

Vəsiyyətə gəlincə, doğrudur, mərhum şəxsin özünə aid olan məsələlərdə vəsiyyətini yerinə yetirmək vacibdir, başqalarına aid olan məsələlərdə vəsiyyətə əməl etmək zəruri deyil. Amma mərhum şəxsin vəsiyyətinə əməl etmək həm onun ruhunu sevindirər, həm də vəsiyyəti yerinə yetirənlərdə bir rahatlıq yaradar. Hansı vəsiyyəti əsas saymağa gəlincə, insanın sağlığında etdiyi vəsiyyət etibarlıdır. Dinimizdə yuxu və onunla bağlı məsələlər qəti sayılmır və ayıqlıq halında baş verənlər qədər etibarlı bilinmir. Ona görə də uşağın babasının vəsiyyətinə əməl etmək istəyənlər onun diri ikən dediyi sözü əsas tutmalıdırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024