Mobil versiya
Su əvəzinə palçıq içirlər
Tarix: 14-05-2016 | Saat: 14:33
Bölmə:Media | çapa göndər

Su əvəzinə palçıq içirlər






Şəki sakinləri illərdir, inci saflığı olan su üzünə həsrət qalıblar. Xüsusilə də yaz aylarında, yağışlar dövründə bulaqlardan su əvəzinə, sözün əsl mənasında, palçıq gəlir. Su nə təmizlənmir, nə sterlizə olunmur. Ümumiyyətlə, şəhərin su kanalizasiya sisteminin köklü dəyişilməsinə ehtiyac var.

Aia.Az Region TV-yə istinadən xəbər verir ki, bu problem Şəkinin bütün sakinlərinin illərdir həllini gözlədiyi məsələdir. İlin əksər vaxtlarında suyun lilli gəlməsi artıq adi hal alıb. Şəhərin su təmizləyici qurğularının işlək vəziyyətdə olmaması, mövcud sistemin əhalinin təlabatını ödəyə bilməməsi, su təmizləyici aqreqatların yoxluğu vəziyyətin acınacaqlı hal almasına gətirib çıxarıb. Əsasən də, yağmurlu havalarda "inci saflığı" dediyimiz sudan əsər əlamət qalmır.

Əlbəttə, həyat mənbəyi olan suyun bu cür çirkli olması böyükdən tutmuş uşağadək hər kəsin sağlamlığına ciddi təhlükədir. Bu sudan istifadə isə insanlarda müxtəlif xəstəliklərin yaranmasına rəvac verə bilər.

Ancaq Şəki Su Kanal TSC-dən bildirilib ki, məsələdən xəbərdardırlar və hazırkı vəziyyətdə bu problemin həlli qeyri-mümkündür. Lakin şəhərin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Artıq ilk iki mərhələ yekunlaşıb.

İllərdir şəkililərin ən ağrılı yeri olan su problemi belə görünür ki, artıq iki il sonra sona yetəcək. Təbii ki, əgər yenə bir əmma çıxmazsa.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024