Mobil versiya
Şagirdini hamilə qoyan müəllimlə bağlı sərt təklif
Tarix: 13-05-2016 | Saat: 15:47
Bölmə:Cəmiyyət | çapa göndər



"9-cu sinif şagirdinin hamilə qalmasına səbəb olan müəllimi sürgün eləmək lazımdır".

Aia.az bildirir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abıyev Şamaxı Rayonunda müəllimindən hamilə qalan şagird olayına münasibətində deyib. A.Abıyev baş vermis hadisəni insanlığa sığmayan cinayət adlandırıb: "O müəllim adam deyil, heyvandır. Onu insan saymaq olmaz. 80 yaşım var, həyatımda ilk dəfədir ki, belə insanlığa sığmayan hadisə ilə qarşılaşıram. Bu, vəhşilikdir, 9-cu sinif şagirdini hamilə qoyan xəstə adamdır. Bu həm də insanlığa qarşı xəyanətdir".

A.Əbıyev 15 yaşlı şagirdi hamilə buraxan müəllimlə bağlı təklif də irəli sürüb: "Əgər doğrudan da bu işin arxasında müəllim adını daşıyan şəxs dayanırsa, onu məhkəmə ilə dəlixanaya salmaq lazımdır. 15 yaşlı uşaqla yaxınlıq edibsə, o, insan deyil. O, müəllim deyil, hətta insan kimi ən böyük cinayətini edib".

Qeyd edək ki, Şamaxı Rayon Pirbəhli kənd orta məktəbində biabırçı hadisə baş verib. 9-cu sinif şagirdi seksual xarakterli hərəkətlərə məruz qalıb. Onun müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə olduğu deyilir.

Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma gedir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024