Mobil versiya
Qarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" FOTO
Tarix: 13-05-2016 | Saat: 14:39
Bölmə:Karusel | çapa göndər




"22 il idi ki, Dağlıq Qarabağda nisbi atəşkəs idi. 2014-cü ilin avqustunda hərbi əməliyyatlar aktivləşmişdi və o döyüşlərdən sonra qarabağlı ermənilər belə döyüşlərin bir daha təkrarlanmayacağını düşünürdülər. Olmadı. Aprelin 1-də Dağlıq Qarabağda başlanan, 4 gün davam edən müharibə qarabağlı ermənilərin dinc yaşam arzularının üstündən xətt çəkdi".
İrəvandakı "Çorrord Hişxanutyun" qəzeti "Qarabağlı erməniləri eşidən var?" başlıqlı məqaləsində Dağlıq Qarabağdakı ermənilərin vəziyyətindən bəhs edib.

Erməni fotoqraf Anuş Babacanyanın çəkdiyi və The Washington Post-da dərc olunmuş fotolarla müşayiət olunan məqalədə deyilir: "Qarabağlı ermənilərin həyatı zülm, əzab, əziyyətdir. Dağlıq Qarabağda iqtisadi vəziyyət çox pisdir, əhalinin rifah səviyyəsi olduqca aşağıdır. Lakin ən pisi isə odur ki, qarabağlı ermənilər sabah nə olacağını bilmirlər. Ümidsizlik onların ən böyük problemdir.

20 yaşlı Razmik Mnasakanyan Dağlıq Qarabağın şimalında, ön cəbhədədir. Onun olduğu mövqe ilə Azərbaycan ordusunun ön mövqeləri arasındakı məsafə heç bir kilometr də deyil.

Razmikin anası Siranuşun dediyinə görə, oğlu xəstəlik tapıb: "Təminat çox pisdir. Oğlum mənə demir, amma eşidirəm ki, səngərdəki əsgərlərin yeməyi, sursatı çatışmır. Onların hamısına Ermənistandan gələnlər başçılıq edirlər. Əziyyət verirlər oğluma. Təsəvvür edin ki, oğlumun çəkmələri dəlik, yırtıqdır. Öz puluma çəkmələr alıb yolladım".

Martuni rayonunun sakini Anais Varcapetyan deyir: "Yarıac, yarıtox yaşamaq olar, amma sabahkı gündən bədgüman yaşamaq mümkün deyil. Ermənistandakı rəhbərlik bizə deyir ki, narahatlıq keçirməyək, hər şey yaxşı olacaq. İllərdir ki, belə yalanlar danışırlar. İnanmırıq. Hər şey daha pis olacaq. Buranı tərk etmək üçün imkan arayıram".

Onun qonşusu, 58 yaşlı Vardan Topalyan isə söyləyir: "Bizə deyirlər ki, nəzarət olunan torpaqlarda ev tikək, təsərrüfat yaradaq. Kimi aldadırlar onlar?! O torpaqlar bizim deyil və orada ev yox, heç toyuq hini də tikmək istəmirəm. Çünki günlərin birində Azərbaycan o torpaqları geri alacaq. Bəs yaxşı, onda mən hara gedəcəyəm?! Dağlıq Qarabağ böyük müharibə məkanıdır. Səngərlərin arasında yaşamaq çətindir. Ermənistandakı siyasətçilər, deputatlar, nazirlər Qarabağdan danışmağı çox sevirlər. Bizi belə düşünürlər, qoy gəlib burada yaşasınlar. Yaşamazlar, yaşaya bilməzlər".

Laura Babacanyanın yeganə oğlu aprelin 3-də həlak olub.

"Levonum artıq yoxdur. Levon kimin üçün, niyə həlak oldu?! Deyirlər, vətən üçün, bizim üçün. Utanmırlar! Levon sağ olanda bu "vətənərvərlər"dən kim gəlib bizimlə maraqlandı, kim soruşdu ki, ay Laura, təkbaşına övladını necə böyüdürsən, atası 15 il vəfat etmiş oğlunun nəyə ehtiyacı var, ümumiyyətlə, yeməyə çörək tapırsınız, ya yox?! Levon yoxdur, bu həyat artıq nəyimə gərəkdir?.."

Yazı müəllifinin fikrincə, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra qarabağlı ermənilər arasında bədbinlik daha da artıb. Onlar yeni müharibə gözləyirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024