Mobil versiya
3 ayda Azərbaycanda 125 nəfər İİV-ə yoluxub SOS:
Tarix: 13-05-2016 | Saat: 13:08
Bölmə:Səhiyyə | çapa göndər




Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 125 nəfər İİV-ə (insanın immun çatışmazlığı virusu) yoluxub. Aia.az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bu gün keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya, əsasən, yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 24,8%-i, 1987 - 01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Bu il ölkədə İİV-ə yoluxan insanların 121-i (96,8%) Azərbaycan, 4 nəfəri (3,2%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 121 Azərbaycan vətəndaşından 84-ü (69,4%) kişi, 37-si (30,6%) qadındır. Bu dövr ərzində QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 44 nəfər olub. Bu dövr ərzində İİV infeksiyasından 9 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

2016-cı ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 31 nəfəri (25,6%) parenteral kontakt, 71 nəfəri (58,7%) heteroseksual kontakt, 2 nəfəri (1,7%) homoseksual kontakt nəticəsində virusa yoluxub, 17 nəfərin (14,0%) yoluxma yolu isə müəyyənləşdirilir.

E.Alməmmədova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV -infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin 3 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4815 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyata götürülüb. Onlardan 3523-ü (73,2%) kişi, 1292-si (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1725 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 744 nəfər olub.

Onun sözlərinə görə, İİV-lə yaşayan insanlardan 48,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 41,3%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,0%-də yoluxma yolu müəyyən edilməyib: "Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3093 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 133 nəfərin müalicəsinə 2016-cı ilin ilk 3 ayı ərzində başlanılıb. 01.06.2015-ci il tarixindən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 117 435 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib".

E.Alməmmədova qeyd edib ki, İİV-lə əlaqədar Mərkəzin "Qaynar xətti"nə (408-79-74) müraciət edərək bu barədə daha geniş məlumat almaq olar. Mərkəz rəhbəri müayinələrin pulsuz aparıldığını da söyləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024