Mobil versiya
Qadın xəyanətinin səbəbi nədir... İNTİQAM
Tarix: 13-05-2016 | Saat: 12:44
Bölmə:Seçilənlər-5 | çapa göndər

Qadın xəyanətinin səbəbi nədir...

Biz qadınlar, hər zaman kişiləri aldadan, xəyanətkar, sədaqətsiz insanlar kimi qələmə vermişik. Ki, mənim fikrim hələ də bu cürdür və sabit olaraq da qalır. Əslində, son zamanlar qadın xəyanəti cəmiyyətdə daha da artmışdır. Xəyanət edən qadınlar həmişə qınaq obyektinə çevrilmiş, daşlanmış, pislənmişdir. Amma bu mövzuya diqqətlə yanaşanda və qadınların xəyanət etməsinin səbəbini araşdıranda ortalığa başqa-başqa nüanslar da çıxır.

Qadınlar niyə aldadırlar?

Qadınlar son illərdə aktiv həyat tərzi sürərək, cəmiyyət işlərində fəal iştirak edərək, ətraflarında olan kişilərə nisbətən daha da olqunlaşmış, dünyagörüşü artmış və yaxşı ilə pisi daha aydın ayırd etməyə başlamışlar. Bu səbəbdən də son illərdə yaxşı ilə pisi ayırd edə-edə xəyanəti kişilərə daha real yaşatmışlar.
Xəyanətin konkret tərifi yoxdur. Kişilərin xəyanəti sudan səbəbdən olduğu və daha tez tez baş verdiyi kimi, qadınların da xəyanətinin müxtəlif səbəbləri vardır.

Elə qadın var ki, ona xəyanət etmiş kişidən sırf intiqam almaq üçün eyni variantı seçir. Bəzi tip qadınlar həyatındakı insanı qısqandırmaq üçün bu yola əl atır. Digər tip qadınlar öz partnyorundan yetərincə cinsi həzz ala bilmədikdə, intim həyatına daha ehtiraslı kişiləri salır və bu yolla da xəyanət vasitəsilə öz istəklərini həyata keçirir (məncə, ən məntiqlisi budur).

Müxtəlif tip qadınlar artıq 40-45-50 yaşlarında artıq özlərini lazımsız, yaşlanmış kimi hiss edir, hər gün içki və siqaret qoxusu verən ərlərindən bezərək, öz həyatlarını dəyişir, müxtəlif botoks, nə bilim kosmetik əməliyyatlar vasitəsilə gözəlləşib özlərinə yeni , daha cavan, daha enerjili portnyorlar tapırlar.

Belə bir tip qadınlar da var, macəraya açıq. Onlar həyatlarındakı monoton insandan bezib, daha maraqlı, macəraçı kişilərə üz tuturlar.

Əziz kişilər, sizin xəyanətə uğramağınızın səbəbləri çoxdur. İlk növbədə evlənəndə etdiyiniz səhvlər. Sırf nəsil artırmaq üçün evlənmək, ancaq yatandan yatana evə gəlmək, ailəyə, xüsusilə də qadına qarşı soyuq münasibət, şiddət və s. Və bu səbəbdən də qadınlarınız yüksək bəh-bəhlə aldığınız televizorlarda baxdığı seriallara uyur və yavaş-yavaş ordakı həyatı özləri üçün yaşamağa qərar verirlər.

Düzdür, qadınları başa düşmək çətindi. Demək olar ki, mümkün deyil. Sadəcə buna çalışın. Sevginizi onlardan əskik etməyin.

Vəfa Soltanova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024