Mobil versiya
“Laçın koridoru” - sonda işıq görünür...
Tarix: 13-05-2016 | Saat: 09:22
Bölmə:Karusel | çapa göndər

“Laçın koridoru” - sonda işıq görünür...






Aprel döyüşləri “Laçın dəhlizi” məsələsini də gündəmə gətirib; politoloq Azərbaycanın “Mehri koridoru” tələbini irəli sürə biləcəyinin anonsunu verdi

Aprel döyüşlərindən başlayaraq, Dağlıq Qarabağ probleminin həlli istiqamətində diqqətəlayiq addımlar atılır.

Azərbaycan tərəfinin 4 günlük savaşdakı əzici üstünlüyü ölkəmizi bu problemin həllində avantajlı duruma gətirməklə yanaşı, 22 ildir davam edən sülh danışıqlarını daha da sürətləndirib.

Hazırda Qarabağ mövzusu ölkə gündəminin əsas mövzusu olmaqla yanaşı, dünya gündəmini də zəbt edib. Aprel döyüşləri olmasa belə, Qarabağ mövzusu may ayının əsas mövzusu olacaqdı. Çünki məhz bu ayda Şuşa və Laçın rayonlarımız işğal olunub. Şuşanın işğalı gününü geridə qoysaq da, qarşıdan 17 may Laçının işğal günü gəlir. Bu ərazi daim mübahisəli zona elan olunub. Buna səbəb də “Laçın dəhlizi” ətrafında gedən məlum vaxtaşırı müzakirələrdir.

Əksər ekspertlər son aylarda Azərbaycan tərəfinin qazandığı uğurları Qarabağ probleminin həllində irəliyə doğru atılmış ən böyük addım hesab edirlər.

Politoloq Elxan Şahinoğlu düşmənə təzyiq yolu ilə Qarabağ məsələsinin həllinin mümkünlüyünü söylədi: “Bəziləri düşünür ki, 4 günlük savaşdan sonra ermənilər 5 rayonu geri qaytara, yaxud Rusiya rayonların qaytarılması üçün Ermənistana təzyiq edə bilər. Amma bu versiyaların heç birinə inanmırdım. Əksinə, təzyiqi artırmağın vacibliyini deyirdim. Üstündən bir ay keçməsinə baxmayaraq, nə ermənilər rayonları qaytarırlar, nə də Rusiya təsir edir. Rusiya yenə də əvvəlki kimi münaqişənin həllinə maraq göstərmir. Putinin indi gözlənilən səfərindən də heç bir nəticə gözləmirəm. Çünki Putin ermənilərə təsir edib, Dağlıq Qarabağətrafı rayonların qaytarılması prosesini sürətləndirməyəcək. Yeganə yolumuz yenə də düşmənə təzyiq etməkdir. Laçın Azərbaycan üçün vacib rayonlardan biridir. Təəssüf ki, 90-cı illərdə məlum yolu əldən verdik. Bu yol bizdə olsaydı, bəlkə də indi rayonlarımızı azad etmişdik. Bu yol əlimizdə olmadığına görə nəzarət də işğalçılardadır. Ermənilər ”Laçın koridoru" ilə bağlı iddialar irəli sürür, onlarda olmasını tələb edirlər. O zaman bizim də tələbimiz olmalıdır ki, Azərbaycanla Naxçıvanı birləşdirən “Mehri koridoru” ya bizim, ya da sülhməramlı qüvvələrin əlində olmalıdır. Danışıqlar predmetinə bu maddəni də əlavə etmək zəruridir".

AXC hakimiyyətinin baş naziri olmuş AXCP lideri Pənah Hüseyn aparılan danışıqların və atılan addımların hər birinin öz funksiyalarının olduğunu qeyd etdi: “Mənasız danışıqlar işğalın əbədiləşməsinə səbəb olursa, təbii ki, Azərbaycanın maraqlarına cavab vermir”.(musavat.com)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024