Mobil versiya
Bu yol bir aydan çox bağlı olacaq - Sürücülərin diqqətinə
Tarix: 12-05-2016 | Saat: 20:29
Bölmə:Aia TV | çapa göndər

Bu yol bir aydan çox bağlı olacaq - Sürücülərin diqqətinə






Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq. Belə ki, Hökumət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.

Bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.

Belə ki, yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024