Mobil versiya
Ermənistanın baş nazirindən etiraf: "Ordumuzun döyüş qabiliyyəti yetərli deyil"
Tarix: 12-05-2016 | Saat: 18:45
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın baş nazirindən etiraf: "Ordumuzun döyüş qabiliyyəti yetərli deyil"






Dördgünlük döyüşlər bizi fəaliyyətimizə nəzər yetirməyə vadar edir. İnkişaf edirikmi? Korrupsiyaya qarşı mübarizə aparırıqmı? Ordumuzun döyüş qabiliyyəti yetərlidirmi? Məncə, "yox" desəm, ümumi rəyi ifadə etmiş olaram.
AİA.Az-ın məlumatına görə, report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Ovik Abraamyan mayın 12-də hökumətin iclasında bildirib.

Baş nazir deyib ki, mayın 14-dən etibarən bu kimi məsələləri həftəlik müzakirə edəcəklər.

O.Abraamyan üç istiqamətdə hökumətin fəaliyyətini gücləndirəcəklərini vurğulayıb: "Büdcəmiz təsdiqlənib. Daha qənaətçil iqtisadi rejimə keçməliyik. Dövlət idarələrinin xərclərini ixtisar etməliyik. Nümayəndəliklərin xərclərini, təmirlərə ayırılan maliyyə vəsaitini, xidməti avtomobillərin sayını azaltmalıyıq.

İkinci, dövlət idarələrinin adminstrasiyalarını sıxlaşdırmalıyıq. Söhbət yalnız nazirliklərdəki əməkdaşların sayının ixtisar edilməsindən getmir. Dövlət və qeyri-dövlət qurumlarında proqramların sayını ixtisar etməliyik".

Baş nazir üçüncü istiqamət kimi korrupsiyaya qarşı mübarizənin gücləndirlməsini vacib olduğunun vurğulayıb.

O, ölkədə monopoliyanın da olduğunu xüsusi ilə qeyd edərək, iqtisdadiyyat nazirinə uyğun göstəriş verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024