Mobil versiya
Axı, sən boşanmısan. Ləkəlisən.
Tarix: 12-05-2016, 11:06 | Saat: 15:47:00
Bölmə:Seçilənlər-5 | çapa göndər

Axı, sən boşanmısan. Ləkəlisən.


Heç nəyə haqqın yoxdur sənin, sən boşanmış qadınsan. Nə qədər sadiq də olsan, nə qədər təmiz də yaşasan, nə qədər ağır təbiətli də olsan, ciddiyə alınmırsan. Sən boşanmış qadınsan. Nə qədər ki, ər evindəsən, yüz oyundan çıxsan belə, sənin adın təmizdi. Elə ki, addımını atan evinə atdın, sənin kitabın həmin andan etibarən bağlandı. Əgər varlı ailənin qızısansa, heç bir problem olmayacaq, əl ütsündə gəzəcəksən, elçilərin ard-arda düzüləcək, yox əgər sıradan bir ailənin qızısansa, həyatın söndü. İstər ailədə, istər yaşadığın cəmiyyətdə hər zaman aşağılanacaqsan. Sözüm onda deyil.
Boşanmış qadınlara məlum münasibət müsəlman ölkələrində, ən çox da Azərbaycanda özünü daha qabarıq göstərir. Axı bizim mentalitetimiz var. Hər nə qədər də boyun almasalar da,boşanmış qadına "potensial fahişə" kimi yanaşan bir cəmiyyətdə yaşayırıq. Bu dəqiqdir.
Hamıya tanış gələn səhnələrdən biri. Boşanıb ata evinə gələn qadınlara qonşuların münasibəti... Əvvəllər səni evlərinə qonaq çağırmaq üçün əldən-ayaqdan gedən qonşu qadınları, qızları, indi səni küçədə görəndə, salamlaşmamaq üçün gizlənməyə dəlik-deşik axtarırlar. Birdən adlarına söz çıxar. Üstlərindən hər qoxu gələn ərlərinə dönə-dönə tapşırırlar, görsən salam vermə deyə. Bu arada məhəllənin bığıburma cayılları səninlə münasibət qurmaqdan ötrü dondan-dona girirlər. Hətta iddiaya girənlər də olur öz aralarında.
Bekarçılıqdan, evdəki qınaqdan bezib, iş axtarmağa gedirsən. Bu barədə heç danışmağa belə dəyməz. İşə götürənlərin, müdürlərin acgöz baxışlarına məruz qalan neçə qadın var aramızda? O baxışlardan sivişib birtəhər işə girməyə nail olursan. Amma çifayda. 2 gündən sonra müdürün ağızbüzmələrindən qurtula bilmirsən. Nə etsən də yaramır zalımın balasına. Bir yolu var. Ya işdən çıxasan, ya da yekəqarın, azğın müdürün cinsi istəklərinə cavab verəsən.
İlla ki, sosial şəbəkədə qeydiyyatdan keçəsən. Qohum -əqrəbadan tutmuş, tanış-bilişə kimi, hamı bir ağızdan deyəcək. "Buna görə boşanıb da" ,"100% GƏZİR", "Kişinin dalından dəyən kimi tapdı özünə".
Evlənmək haqqında düşünməyə belə dəyməz. Boşanmış qadının ikinci dəfə ailə həyatı qurmağa haqqı yoxdur. Yaxşı qadın idi, birincidə oturardı. Xeyir ola, camaat oğlunu çöldən tapmayıb ki...
Hər şeydən bezib, isti münasibət axtarırsan. Tapırsan əslində. Boşanmış qadın hər nə də tapmasa, isti qucaq hər zaman açıqdı onlara... Kimi sevsən, istər subay olsun, istər evli, sonuncu plandasan. Dünyanın ən alicənab kişisi belə, sənin boşandığını bilən kimi, düşündüyü ilk şey seks olacaq. "Bir dəfə yatım, sonrasına baxarıq". Həm subay, həm də evli kişinin həyatında məşuqə rolu oynayacaqsan. Təklikdə sənə yüzlərlə gözəl söz deyən oğlan, 3-4 qotur dostunun yanında ağzına su alıb oturacaq. Yazıq neyləsin, desə sevirəm, ağzından suluq tökülən dostları başının ətini yeyəcəklər." Qaqa sənə lazımdı? Sevməyə adam tapmadın? 3 günlük qızdı, kefini çək ee". Yəni həmin dəqiqə sənin yanında olan oğlana nə qədər sadiq qalıb-qalmamanın heç önəmi yöxdur. Beləcə səni əl üstündə gəzdirən oğlan, sənin haqqında pis danışsalar belə ağzına su alıb duracaq. Nəyinə lazımdı, axı, sən boşanmısan. Ləkəlisən.
Problemin kökü nədir? Xəstə cəmiyyətmi, boğulan, aşağılanan qadınlarmı, namus axtara-axtara öz namusunu bada verən oğlanlarmı?

Vəfa Soltanova ..



5976 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031