Mobil versiya
“ATƏT fəallıq göstərməlidir” - Məmmədyarov
Tarix: 11-05-2016 | Saat: 19:51
Bölmə:Siyasət | çapa göndər

“ATƏT fəallıq göstərməlidir” - Məmmədyarov






Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına işgüzar səfər edib.

Səfər çərçivəsində Elmar Məmmədyarov AFR Kansleri Anqela Merkelin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri, həmçinin Kansler Administrasiyasının Xarici, təhlükəsizlik və inkişaf siyasəti üzrə İdarəsinin rəisi Kristof Hoysqenlə görüşüb.

Görüş zamanı Azərbaycan-Almaniya və Azərbaycan-Avropa İttifaqı münasibətləri, enerji əməkdaşlığı, TAP və TANAP layihələri, iqtisadi əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki əhaliyə qarşı yönəlmiş müharibə cinayətləri törətməsi və bu fonda Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlar verməsini vurğulayıb, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024