Mobil versiya
ATƏT-dən Azərbaycana Qarabağ xəyanəti
Tarix: 11-05-2016 | Saat: 14:22
Bölmə:Karusel | çapa göndər




ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik Qarabağ separatçılarının "rəhbəri" Bako Saakyanla görüşüb.

Aia.az anspress-ə istinadən bildirir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

"Bu görüş qeyri-qanunidir"

Onlar həmçinin təmas xəttində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Məlumdur ki, Qarabağ münaqişəsində iki tərəf (Azərbaycan və Ermənistan) var. Amma Ermənistan tərəfi müxtəlif yollarla Qarabağın erməni separatçılarını danışıqlar prosesinə cəlb etmək istəyir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ rejimi tərəf ola bilməz. Rəsmi Bakı yalnız İrəvanı münaqişə tərəfi olaraq tanıyır.

Belə olan halda dünyanın ən nüfuzlu təşkilatlarından biri olan ATƏT-in rəsmi nümayəndəsi hansı əsasla qondarma rejimin "rəhbəri" Bako Saakyanla görüşür?

Görüşü şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Kaspşikin Saakyanla bir araya gəlməsinin heç bir əsası yoxdur.

"Bu görüş qeyri-qanunidir. Çünki Dağlıq Qarabağ tanınmamış respublikadır və danışıqlar prosesində tərəf kimi iştirak etmir. ATƏT-in şəxsi nümayəndəsinin əsas vəzifəsi atəşkəs rejiminə nəzarət etməkdir. Azərbaycan bu görüşə etiraz etməlidir", - deyə Qabil Hüseynli bildirib.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində birbaşa vasitəçilik vəzifəsini öz üzərinə götürüb. Təşkilatın nümayəndələri yalnız Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb münaqişəni müzakirə edə bilərlər.

Ümumilikdə, ATƏT-in və onun təkibində yaradılan Minsk qrupunun həmsədrlərinin fəaliyyəti birmənalı qarşılanmır. Çünki həmsədrlər münaqişənin həllində heç bir nəzərəçarpan addımlar atmırlar.

Amma müxtəlif vaxtlarda Azərbaycanın əleyhinə olan görüşlər keçirirlər. Bir müddət əvvəl də Qondarma Dağlıq Qarabağ Respublikasının "parlament"inin sədri Aşot Qulyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb.

Ceyms Uorlik və Aşot Qulyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və bölgədəki son vəziyyətləri müzakirə ediblər. Həmçinin Uorlik qondarma rejimin təşkil etdiyi tədbirdə də iştirak edib.

Bütün bunlar ATƏT-in münaqişə tərəflərinə qarşı ikili mövqeyini bir daha ortaya qoyur. Çünki təşkilat münaqişə tərəfləri arasında fərq qoymamalıdır. Həmçinin əgər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib tanıyırsa, o zaman qondarma rejimlə masa arxasında müzakirə etməməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024