Mobil versiya
Pensiya kartları dəyişdi (VİDEO)
Tarix: 25-07-2015 | Saat: 13:14
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Pensiya kartları dəyişdi (VİDEO)
"Kapital Bank"dan verilən yeni kartları kimlər ala bilər?
Sosial müavinət və təqaüdlərin alınması üçün "Kapital Bank" plastik kartların verilməsini davam etdirir. Bununla əlaqədar olaraq bankın paytaxda yerləşən bəzi filiallarında sıxlıqlar müşahidə olunub ki, bu da sakinlərin narahatlığına səbəb olub. Bunu nəzərə alaraq "Kapital Bank"ın bütün filialları iyul ayının 16-dan gücləndirilmiş iş rejiminə keçib. Müraciət edən vətəndaşlar bank nümayəndələri tərəfindən siyahıya alınaraq növbəli şəkildə kartlarla təmin olunur.

Hazırda bankın bununla bağlı təkcə paytaxda deyil 26 regional filialı da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Verilən məlumata görə, artıq on minlərlə insan yalnız şəxsiyyət vəsiqəsilə bankın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını alıb və müvafiq vəsaitləri bankın bankomatlarından nağdlaşdıra bilib.

Eyni zamanda kartların verilməsini sürətləndirmək məqsədilə bankın müvafiq filiallarında iş qrafiki də dəyişib.
Departament direktoru Fərid Hidayətzadə deyir ki, sifariş olunan kartlar çap olunaraq bütün filiallara paylanılıb. O əhalidən narahat olmamalarını və kartlarının vətəndaşlar bankdan əldə edənə qədər saxlanılanacağını bildirib.

Bankın filialları həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00-18:00-dək müştərilər üçün açıq olacaq. Gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.

Xüsusi olaraq vətəndaşların diqqətinə çatdıraq ki, dəyişilən sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinət və təqaüd alanların kartlarıdır. Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyası alanların isə nə kartı, nə də bankı dəyişir. Kartının dəyişib-dəyişmədiyini bilməyin ən sadə yolu isə onun üzərinə baxmaqdır. Üstündə DSMF, yəni Dövlət Sosial Müdafiə Fondu yazılan plastik kartlar dəyişmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024