Mobil versiya
Kəlbəcərdən ən son görüntülər (VİDEO)
Tarix: 11-05-2016 | Saat: 13:42
Bölmə:Karusel | çapa göndər




Azərbaycanın işğal olunmuş tarixi rayonu Kəlbəcərin son görüntüləri çəkilib.

Aia.az-in məlumatına görə, Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kəlbəcər şəhəri respublikanın paytaxtı Bakı şəhərindən 458 km aralı, Tərtər çayı dərəsindədir.

Ermənistanın işğalı nəticəsində şəhərin 8 min 900 dinc sakini hazırda məcburi köçkün kimi Azərbaycan Respublikasının digər yaşayış məntəqələrində məskunlaşmışlar.

Kəlbəcər şəhərindəki məscid işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 metr² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999 ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024