Mobil versiya
Mələkxanım: "Bir az da savadınız olsun"
Tarix: 11-05-2016 | Saat: 12:45
Bölmə:Dünya | çapa göndər




Xalq artisti Mələkxanım Əyyubova gənc ifaçılara məsləhətlər verib.

Aia.az axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı "5/5" verilişində onların səhnə mədəniyyətinin aşağı olduğunu deyib:
"Evdə əyləşəndə tamaşaçı oluruq. Gənc ifaçılarımızın hamısı çalışır. Ola bilər ki, hansısa səviyyədə qalxa bilmirlər, amma hamısı işləyirlər. Geyimlərinə, repertuarlarına fikir verirlər. Bir az da savadlarına fikir versinlər. Savad, dünyagörüşü olanda mədəniyyət də formalaşır. Onda gözəl musiqi də təqdim edə bilərsiniz. Səhnə davranışı, mədəniyyəti olmayanda sənin saç düzümün də, yaxana taxdığın yaylıq da heç kimə lazım deyil. Bu sənətdə böyük insanlar olub. Hamıya bəllidir ki, onlar nümunə olub və indi biz onlardan örnək götürürük. Niyə indi bu sənət cılızlaşmalıdır ki?"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024