Mobil versiya
Dünyanın gözü qabağında növbəti erməni təxribatı
Tarix: 11-05-2016 | Saat: 11:02
Bölmə:Aia TV | çapa göndər

Dünyanın gözü qabağında növbəti erməni təxribatı

Azərbaycan Evrovison 2012-yə ev sahibliyi edəndən sonra ermənilər bir necə il sakitləşib ilan kimi yuvalarına çəkildilər. Növbəti planları üçün yenidən zəhər toplayıb məqam gözlədilər Bu dəfə hədəf Evrovision 2016 seçildi.Haylar bu mahnı müsabiqəsində təkcə bizi yox həm də qardaş Türkiyəni hədəfə almışdılar. İsveçin paytaxtı Stokholmda keçirilən Evrovision 2016 yarışmasında İveta Mukuçyanın “Love Ware” adlı mahnısında ölkələridən bəhs edən sujetdə erməni qızlarının lavaş bişirməsi göstərilir. Lavaş (yuxa) bizim mətbəxin nənələrimizdən bizə qalmış mirasdır. Bu jestlə düşmən yuxa çörəyimizə də sahib çıxmaq istədi. Diqqətlə fikir versək süjetin sonunda Türkiyənin ən uca dağı sayılan Ağrıdağı göstərilir. Ermənilər Ararat adlandırdıqları bu dağa çoxdan iddialıdırlar. İstər sovet dönəmində, istərsə də bu gün erməni gerbində bu dağ sinvol kimi qələmə verilir. Müsabiqədə səsvermə zamanı erməni həyasızlığı son həddə çatdı.Qondarma Qarabağ rejimi( Artsaxın bayrağını) göstərməyə fürsət tapıblar. Düşmən daha hansı sürpriz təxribatlara əl atacaq bunu yalnız Allah bilir. Sarı Gəlindən, balabandan indi də keçdilər lavaşa, Ağrıdağa.

Şirxanlı Rövşən.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024