Mobil versiya
Qadının qarnından fil balası ağırlığında şiş çıxdı - FOTO
Tarix: 10-05-2016 | Saat: 21:55
Bölmə:Media | çapa göndər

Qadının qarnından fil balası ağırlığında şiş çıxdı - FOTO






Hindistan həkimləri qeyri-adi əməliyyat keçiriblər. 45 yaşlı Devi Kamleşin qarın nahiyəsindən 97 kq-lıq şiş çıxarılıb.

Aia.Az oxu.az-a istinadən bildirir ki, şişin çəkisi həkimləri şok edib. Onu çəkisi təxminən bir yeni doğulmuş fil balası və ya 28 körpənin çəkisinə bərabər olub.

Qadın beş ildir ki, bu şiş ilə yaşadığını bildirib. Ərinin müalicə üçün pulunun olmadığı barədə sözləri ucbatından ağrılar hətta dözülməz olduğu halda belə, həkimlərə müraciət etməyib.

Altı ay bundan əvvəl Devinin həyat yoldaşı dünyasını dəyişib və o, həkimə müraciət etmək qərarına gəlib. Sən demə, daxilində gəzdirdiyi şişin çəkisi yeni doğulmuş fil balasının çəkisinə, yəni 100 kq-ya yaxındır.

Həkim A.S.Yaqqi aztəminatlı insanların səhiyyə sisteminə çıxış ala biləcəkləri proqramı çərçivəsində qadını əməliyyat etməyə razılıq verib. Əməliyyat 3 saat çəkib və qadın sağ yumurtalığında böyüyən şiş kəsilərək götürülüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024