Mobil versiya
Azərbaycanda bank müsadirə etdiyi villanı 700 minə satışa çıxardı
Tarix: 10-05-2016 | Saat: 17:12
Bölmə:İqtisadiyyat | çapa göndər




"Atabank”ın kredit borcuna görə müsadirə etdiyi və satışa çıxardığı daşınmaz əmlakların qiymətləri məlum olub. Bankdan fins.az-a verilən məlumata görə, müştəri gözləyən əmlakları almaq üçün minimum 4 min manat, maksimum isə 700 min manat pul vermək lazımdır.

Ən ucuz əmlak Tərtər rayonunun Borsunlu kəndində satılan 3,81 hektar torpaq sahəsidir. Ərazi cəbhə bölgəsinə yaxın yerləşdiyi üçün torpağın hektarına 1050 manat ödəməklə onu almaq olar.

Bir qədər artıq xərc çəkmək istəyənlər Lənkəranda fərdi ev də ala bilərlər. Rayonun Girdəni kəndindəki həyət evi 10 min manata satılır.

"Atabank”ın təklif etdiyi ən bahalı daşınmaz əmlak isə Bakıda yerləşən villadır. Bu obyekt paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsindədir və qiyməti 700 min manatdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə