Mobil versiya
“Sevil Massivi”ndən zərərçəkənlərin pulu verilib
Tarix: 22-07-2015 | Saat: 13:04
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər




“ “Sevil Massivi” ilə bağlı məsələ artıq yekunlaşıb. 5 nəfər vəzifəli şəxs barəsində iş baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilib”

Bunu bu gün Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

O qeyd edib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib:

“Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməməsi barədə məndə narahatçılıq yoxdur. Bəzilərinin də əmlakına həbs qoyulub. Hesab edirəm ki, həbs qoyulan əmlaklar müsadirə olunacaq. Bunun nəticəsində müsadirə olunan əmlaklar satışa çıxarılmaqla zərərçəkmişlərə kompensasiya ödəniləcək”.

Bu ilin 6 ayı ərzində 15 cinayət işi üzrə 30 nəfərin barəsində olan iş məhkəmələrə göndərilib deyən Kamran Əliyev bildirib ki, özəl sektor üzrə 11 cinayət işi üzrə 17, tikinti sektoru üzrə 10 cinayət işi üzrə 21, ticarət sahəsi üzrə 11 cinayət işi üzrə 11, kənd təsərrüfatı sahəsi üzrə 3 cinayət işi üzrə 9, təhsil sahəsi üzrə 6 cinayət işi üzrə 13, səhiyyə sahəsi üzrə 6 cinayət işi üzrə 6, bələdiyyələrlə bağlı 3 cinayət işi üzrə 4, yerli icra orqanı ilə bağlı 3 cinayət işi üzrə 3 nəfərin barəsində cinayət işləri məhkəmələrə göndərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024