Mobil versiya
Gəncədə 21 yaşlı oğlan qətlə yetirildi
Tarix: 10-05-2016 | Saat: 10:38
Bölmə:Cəmiyyət | çapa göndər

Gəncədə 21 yaşlı oğlan qətlə yetirildi
Gəncə şəhərində qətl hadisəsi baş verib.

Gəncə şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə mayın 9-da saat 14:00 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Həsən Şöhrət oğlu mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Əliyev Müstəcəb Hüseyn oğlunu bıçaqlayaraq qətlə yetirib.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində H.Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024