Mobil versiya
Üzməyi bacarmayan 18 yaşlı gənc Kürdə batdı
Tarix: 22-07-2015 | Saat: 11:47
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Üzməyi bacarmayan 18 yaşlı gənc Kürdə batdı
Əli Vəliyev dostları ilə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində çimmək istəyib.
Dünən axşam saat 19:20-də Şəmkirdə bədbəxt hadisə baş verib. Gəncə şəhəri, Yeni Gəncə qəsəbə sakini 1997-ci il təvəllüdlü Əli İlqar oğlu Vəliyev dostları ilə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində çimərkən batıb.

Şəmkir Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Lakin qaranlıq düşdüyündən axtarış aparmaq çətinləşib. Buna görə də FHN əməkdaşları axtarışı dayandırıb.

Bu gün səhər saatlarında yenidən meyitin tapılması üçün fəaliyyətə keçən xilasedicilər Əli Vəliyevin meyitini sudan çıxararaq Şəmkir Prokurorluğuna təhvil veriblər.

Prokurorluqdan onu da əlavə etdilər ki, ekspertiza edilən cəsəddə he bir qeyri- adi hal aşkarlanmayıb. O üzmə bacarmadığı üçün özü batıb.

Meyit ekspertizadan sonra aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024