Mobil versiya
Dünyanın qəribə ləqəblərə malik olan müxtəlif şəhərləri - FOTO
Tarix: 09-05-2016 | Saat: 21:25
Bölmə:Media | çapa göndər

Dünyanın qəribə ləqəblərə malik olan müxtəlif şəhərləri - FOTO







Kiçik Paris (The Little Paris) - Rumuniyanın paytaxt şəhəridir. Zərif və tarixi memarlıq abidələri şəhərin Parisə bənzədilməsinə və şəhərə bu ləqəbin verilməsinə səbəb olmuşdur. Aia.Az hamar.az-a istinadən bildirir ki, Paris şəhəri ilə müqayisə etdikdə Buxarestin ərazi cəhətdən kiçik olmasına baxmayaraq, 2 milyon əhali sayı ilə Avropa Birliyi ölkələrinin şəhərləri arasında 6-cı ən böyük şəhərdir.



Zanbaqlar Şəhəri (The City of Lilies) - Zanbaq gülü şəhərin əsas simvollarından biridir və hətta bu gül şəhərin bayrağının üzərində də vardır. Toskana regionunun paytaxtı olmaqla yanaşı bu şəhər Renessans dövrünün əsas mərkəzi sayılır.



Sülh Paytaxtı (The Peace Capital) - İsveçrə dünyada ordusu olmayan və sülhü təmin edən əsas ölkələrdən biri kimi tanınır. Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla 200-dən çox beynəlxalq təşkilat Cenevrədə yerləşir.



Şir Şəhəri (The Lion City) - Şir Şəhəri bu Cənub-Şərqi Asiya şəhərinin təkcə ləqəbi deyil, həm də Sinqapur sözünün malay dilindən tərcüməsidir. Belə ki, malay dilində "singa" sözünün mənası şir, "Pura" sözünün mənası isə şəhər deməkdir. Ancaq araşdırmalar göstərir ki, bu şəhərdə indiyədək şir yaşamayıb.



Dünyanın Anası (The Mother of the World) - 7 milyon əhalisi ilə Qahirə Afrikanın ən böyük və önəmli şəhərlərindən biridir. Ancaq bu ləqəbin Qahirəyə verilməsi biraz ədalətli deyil. Çünki, 969-cu ildə əsasının qoyulmasına baxmayaraq, Dünyada hazırda bu şəhərdən də qədim şəhərlər vardır.



Dəb Paytaxtı (The Fashion Capital) - İtaliyanın ikinci ən böyük şəhəri olan Milan şəhəri öz ikonik dəb brendləri və sərgiləri ilə Dünyada məşhurdur. Şəhərin Armani, Versage, Prada, Dolce, Gabbana kimi Dünyada məşhur olan brendləri şəhərə bu ləqəbin verilməsinin haqqını verir.



Pələnglər Şəhəri (The City of Tigers) - Oslo Norveçin ən çox əhali yaşayan paytaxt şəhəridir. 1870-ci ildə şəhərin soyuq və təhlükəli olduğuna görə Bjørnstjerne Bjørnson adlı şəxs şəhərə belə bir ləqəb vermişdir.



Qadağan olunmuş Şəhər (The Forbidden City) - Əslində əvvələr bu ləqəb Pekinin mərkəzində yerləşən Çin imperatorunun sarayına aid edilmişdir. Kənar şəxslərin bu sarayın yerləşdiyi küçəyə daxil olmasına izin verilmirdi. Zaman keçdikcə bu ləqəb bütün şəhərə aid olundu.



72 Millətli Şəhər (The City of 72 Nations) - Əhalisinin sayına görə (8.5 milyon) bu şəhər həm Qərbi Asiyanın həm də İranın ən böyük şəhəridir. Şəhərin ölkənin mərkəzində yerləşməsi və iqtisadi cəhətdən inkişaf etməsi ətraf ərazilərdən müxtəlif millətlərin bu şəhərə cəlb olunmasına səbəb olmuşdur. Bunun nəticəsində şəhərə bu ləqəb verilmişdir.



Əbədi Şəhər(The Eternal City) - Bu siyahıda olan digər şəhərlərin ləqəblərindən fərqli olaraq bu şəhərin ləqəbinin tarixi çox qədimdir. Şəhərə bu ləqəbin verilməsinin əsas səbəbi ətraf ölkələrdə nə baş verməsinə, digər imperiyaların süqutuna baxmayaraq bunun Romaya heç bir təsiri olmurdu. Ona görə də bu şəhərə əbədi şəhər ləqəbi qoyulmuşdur. Şəhərin digər məşhur ləqəbi isə "Yeddi Təpə Şəhəri"-dir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024