Mobil versiya
"Neftçi"də ikiqat yubiley
Tarix: 09-05-2016 | Saat: 14:26
Bölmə:İdman | çapa göndər

"Neftçi"də ikiqat yubiley







Azərbaycan Premyer Liqasının 33-cü turunda AZAL-ı qəbul edən "Neftçi" üçün bu oyun yubiley qolu ilə əlamətdar olub.

Aia.Az goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində öz meydanında keçirdiyi qarşılaşmalarda 700-cü qolu vurub. Bu görüşədək 338 ev oyununda 698 dəfə rəqib qapılarına yol tapan "ağ-qaralar"ın paytaxt derbisindəki 2-ci qolu yubiley xarakteri daşıyıb. "Neftçi"nin öz meydanındakı 700-cü qolunun müəllifi komandanın kapitanı Araz Abdullayev olub. AZAL-a 3:1 hesabı ilə qalib gələn "ağ-qaralar" qol sayını 701-ə də çatdırıb.

Öz meydanında hamıdan çox qol vuran bakılılar 329 matçda 221 qələbə qazanıb, 76 heç-heçə edib və 42 dəfə uduzub. "Neftçi"nin öz meydanındakı top fərqi 701-209-du.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024