Mobil versiya
Müsavat Partiyasından daha iki istefa
Tarix: 08-05-2016 | Saat: 18:09
Bölmə:Siyasət | çapa göndər

Müsavat Partiyasından daha iki istefa





Müsavat Partiyasında başqanlığa keçmiş namizəd Tural Abbaslının istefasının ardından tərəfdarlarının da Müsavatdan istefaları bir-birinin ardınca reallaşır. Bu gün daha iki gənc istefa bəyanatını musavat.com-a göndəriblər. Bunlar "AĞ blok"dan deputatlığa keçmiş namizəd Elbəy Əsədov və gənc fəal Kərim Kərimlidir.

E.Əsədovun bəyanatında bu sözlər yer alır: "Müsavat Partiyasının 2011-ci ildən üzvüyəm, partiyaya üz tutmağım dövlətimizdə demokratik dəyərlərin bərqərar olmasına öz töhfəmi vermək olub. Partiyada fəaliyyətim gənclər təşkilatı daxilində olub. 2014-ci ildə Müsavat Partiyasının qurultay vasitəsi ilə seçilmiş yeni başqanın fəaliyyətinin partiyanın məqsədlərindən uzaq düşdüyünü hesab edərək (bir çox məsələləri qabartmaq istəmirəm) Müsavat Partiyasindan istefa edirəm. Partiyada olan dostlarımıza uğurlar arzu edirəm".
Kərim Kərimli də bəyanatında partiya idarəçiliyindən razı qalmadığını və bu səbəbdən istefa verdiyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024