Mobil versiya
Bərdədə 24 yaşlı oğlanı maşına qoyub yandırdılar
Tarix: 08-05-2016 | Saat: 16:51
Bölmə:Aia TV | çapa göndər

Bərdədə 24 yaşlı oğlanı maşına qoyub yandırdılar





Mayın 7-dən 8-ə keçən gecə Bərdədə 24 yaşlı oğlanı yandıraraq öldürmək istəyiblər.

Hadisə rayonun Piyadalar kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. S. Bayramov daha sonra öz avtomobilinə qoyulub, avtomobil benzin tökülərək yandırılıb.

Kənddən bir nəfər atlı qəbiristanlığa çatanda sahədə avtomobilin yandığını görüb, inilti səsini eşidib. O, S.Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. S.Bayramovun vəziyyəti ağırdır.

İlkin versiya odur ki, S. Bayramovun bazarda mal-qara satdığını və üzərində 3-4 min manat pul olduğunu bilən şəxslər qarət məqsədi ilə bu hadisəni törədiblər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır

aia.aqz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024