Mobil versiya
Çində 30 nəfərdən çox insan torpaq uçqununun altında qalıb
Tarix: 08-05-2016 | Saat: 13:28
Bölmə:Karusel | çapa göndər

Çində 30 nəfərdən çox insan torpaq uçqununun altında qalıb







Hadisənin yerində xilasedicilər və polis cəlb edilib

Çinin şərqindəki Fuçzyan əyalətində inşaat meydançalarından birində baş vermiş sürüşmə nəticəsində təxminən 30 nəfər uçqunların altında qalıb. "Report"un məlumatına görə, bu haqda Çinin mərkəzi televiziyası - CCTV xəbər yayıb.

Hadisə Sanmin şəhər dairəsinin Taynin rayonunda, yerli vaxtla təxminən səhər saat 5-də baş verib. Uçqunun işçilərin qaldığı yataqxananı dağıtdığı bildirilir.

Hadisənin yerində xilasedicilər və polis əməkdaşları cəlb edilib.

Xilasedicilərin sözlərinə görə, sürüşməyə regionda güclü yağışların yağması səbəb olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024