Mobil versiya
"Formula -1" ilə bağlı hansı yollar bağlanacaq?
Tarix: 07-05-2016 | Saat: 21:37
Bölmə:Media | çapa göndər

"Formula -1" ilə bağlı hansı yollar bağlanacaq?







Paytaxtda ilk dəfə keçiriləcək ''Formula 1'' Avropa Qran- prisi ərəfəsində Bakı şəhər halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yarışın keçirildiyi ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə nəqliyyatın idarə olunması planı hazırlanıb.

Bakı şəhər halqasına daxil olan küçələr iyun ayının 14-ü gecə saat 1-dən etibarən iyun ayının 21-i səhər saat altıya qədər bağlı olacaq. Həmin orada yaşayan sakinlərin keçidi üçün isə heç bir problem yaşanmayacaq.

Aia.Az xezerxeber.com-a istinadən bildirir ki, plana əsasən nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilər 3 zonaya ayrılıb. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər və onun ətrafındakı digər ərazilər, ikinci zonaya isə Azadlıq meydanı və yaxınlığında yerləşən ərazilər aiddir. Bu zonalarda nəqliyyatın hərəkətinə, ancaq gecə vaxtı 24:00-dan 06:00-dək icazə veriləcək.

Üçüncü zona BMT-nin 50 illiyi küçəsini əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar 2 qurum tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq.

1-ci zonaya aid nişanlar isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024