Mobil versiya
Qarabağlı ermənilər Ermənistana qaçır
Tarix: 07-05-2016 | Saat: 21:02
Bölmə:Manşet | çapa göndər

Qarabağlı ermənilər Ermənistana qaçır






Dağlıq Qarabağda aprelin 2-də təmas xətti boyunca gedən qızğın döyüşlər zamanı evlərindən qaçmağa məcbur olan mülkilər yenidən məskunlaşdırılır.
"Radio Azatutyun"un məlumatına görə, bu adamların əksəriyyətinin ağır hərbiləşdirilmiş cəbhə xəttinin yaxınlığında yerləşən Talış və Madagiz kəndlərindən olduğu xəbər verilir.

Azatutyunun məlumatına görə ermənilərin nəzarətində olan bu iki kəndin sakinləri bu günədək didərgindirlər və evlərinə qayıda bilmirlər.

Eyni sözləri cəbhə xəttinə yaxın olan Ağdərə şəhərindəki ermənilər haqqında da demək olar.

Xəbər verilir ki, Talış kəndi artıq 1991-1994-cü illərdə baş vermis döyüşlər zamanı ağır dağıntılara məruz qalmışdı. Bu kəndin 550-dək sakini Ermənistana sığınıb.



Əksəriyyəti uşaqlar, qadınlar və yaşlılar olan 130 sakin hazırda Ermənistanın Çarentsavan şəhərindəki qohumlarının evlərində yaşayırlar. Pul kasadlığı keçirən yerli rəhbərlik hər ailəyə yalnız 20 min dram (42 dollar) vəsait ayıra bilib.

26 yaşlı Ruzanna Sargisyan yenicə doğulmuş körpəsi ilə Talışı tərk edib, lakin onun separatçı rejimin silahlı dəstələrində xidmət edən əri və qardaşı Qarabağda qalıblar.

"Mən ümid edirəm ki, onlar sağ qalsınlar, - deyib gözüyaşlı qadın, - Mən yenidən Qarabağda yaşamaq istəyirəm. Kənddə olmasa da, heç olmasa şəhərdə".

Münaqişənin yenidən qızışacağından ehtiyat edən separatçı rejim Ruzanna kimi insanları təhlükəsiz yerlərə köçürür". Rejim rəhbərləri tez-tez Ermənistana baş çəkir və Qarabağ qaçqınları ilə görüşürlər.

"Biz Şuşada müvəqqəti sığınacaq açmışıq və vətəndaşlara orada yerləşməyi təklif etmişik" - separatçı rejimin "baş nazirinin müavini" Artur Ağabekyan deyib.
Lakin belə görünür ki, adamlar bu təklifdən istifadə etmirlər, çünki Azatutyunun yazdığına görə, onlar hazırda Ermənistanın Çarentsavan şəhərində yaşayırlar və qayıtmağa tələsmirlər.

"Biz Talış tam təhlükəsiz olduqdan sonra, ora yaşamaq üçün qayıdacağıq, - deyib Qayane Abramyan. - Bizim başqa kənddə yaşamaq fikrimiz yoxdur".

33 yaşlı Hayrapetyan bunu da əlavə edib ki, körpə uşaqlarının təhlükəsizliyinə görə ora qayıda bilmir.

Ağabekyan da etiraf edib ki, hazırda Talış və ya Madagizdən çıxanların oralara qayıtmaq niyyəti yoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024