Mobil versiya
Səudiyyə kralından SENSASİYALI QƏRAR
Tarix: 07-05-2016 | Saat: 20:58
Bölmə:Gündəm | çapa göndər

Səudiyyə kralından SENSASİYALI QƏRAR






Səudiyyə Ərəbistanının karlı Salman ibn əbdül Əziz əl Səud ölkənin neft sənayesi naziri Əli əl Nəimini vəzifəsindən kənarlaşdırılıb. Əl Nəimi 1995-ci ildən bəri bu postda çalışırdı.

Əl Nəiminin yerinə indiyədək səhiyyə naziri işləmiş Xalid əl Falih təyin olunub. Ekspertlər bu qərarı gözlənilməz, hətta sensasiyalı adlandırırlar.
Kral ümumiyyətlə, şökumətdə 9 nazirin iş yerlərini dəyişdirib.



Neft nazirini dəyişməklə bahəm, kral Neft Sənayesi Nazirliyinin adını dəyişərək Energetika, Sənaye və Faydalı Qazıntılar Hasilatı Nazirliyi edib.
Aprelin 25-də Səudiyyə Ərəbistanı rəhbərliyi ölkə iqtisadiyyatının yaxın 15 ildə transformasiyasını nəzərdə tutan "Vision 2030" adlı uzunmüddətli planı açıqlayıb.

Bu plana görə, ölkə iqtisadiyyatında islahatlar dünya bazarlarında neft qiymətlərindən asılı olmayaraq aparılacaq. Plan ölkənin ümumdaxili məhsulunda qeyri-neft məhsulları ixracatının 16 faizdən 50 faizədək artırılmasını nəzərdə tutur.

Dünya bazarlarında neftin ucuzlaşması səbəbindən Səudiyyə Ərəbistanı ötən ili 98 milyard dollar həcmində rekord büdcə kəsiri ilə başa vurub.
Ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanının büdcəsinin balanslaşdırılmış olması üçün neft qiymətləri 1 barrelə görə 106 dollar səviyyəsində bərqərar olmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024