Mobil versiya
"Erməni atəşlərindən zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar"
Tarix: 07-05-2016 | Saat: 12:47
Bölmə:Karusel | çapa göndər

"Erməni atəşlərindən zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar"






Ermənilərin atəşkəsi pozması nəticəsində dağılmış bütün evlər, zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar.

Aia.Az Trend-ə istinadən bildirir ki, bunu baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti həmişə olduğu kimi, yenə də ermənilərin atəşi nəticəsində baş verən dağıntıların qarşısını almaq üçün tədbirlər görür və bundan sonra da görəcək: "Bu barədə hökumətin müvafiq tədbirlər planı var. Dağılmış bütün evlər, zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar. Buna heç bir şübhə olmamalıdır. Azərbaycan hökumətinin imkanı var ki, ermənilərin atdığı top atəşlərindən zərərçəkmiş bütün evləri
əvvəlki vəziyyətindən də daha yaxşı vəziyyətə salaraq onları təmir edib sakinlərə qaytarsın".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024