Mobil versiya
Gümrüdə ruslara qarşı nifrət getdikcə artır (FOTO)
Tarix: 21-07-2015 | Saat: 16:15
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Gümrüdə ruslara qarşı nifrət getdikcə artır (FOTO)
Rus hərbçilər gecəyarısı şəhərin küçələrində özbaşınalıq edirlər.
Ermənistanın Gümrü şəhərində bir gün ərzindəRusiya hərbi qulluqçularının iştirakı ilə iki hadisə törədilib.

ANS PRESS-in məlumatına görə, 1993-cü il təvəllüdlü hərbi qulluqçu Yuri Vasiliyeviç Kapustin gecəyarısı sərxoş vəziyyətində şəhərin Ayrik Xrimyan küçəsində ərzaq mağazasının şüşəsini yumruqla sındırıb. O, əlini yaralayıb və xəstəxanaya müraciət edib.



Gümrüdə ərzaq mağazası


"Gümrü" tibb mərkəzinin direktoru Armen İsaakyanın sözlərinə görə, hərbi qulluqçu sağ əlinin kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Mağazanın sahibləri bildiriblər ki, hadisə zamanı mağaza bağlı olub. Sahiblər polis çağırıblar. Mağazadan heç nə itməyib.

İyulun 20-də səhər tezdən Rusiya hərbi qulluqçusunun iştirakı ilə daha bir hadisə qeydə alınıb. Sərxoş şəkildə hərbi qulluqçu yol-nəqliyyat hadisəsi törədib.



Gümrü şəhərinin küçəsi


Ümumiyyətlə, son vaxtlar ermənilər ruslara qarşı qarayaxma kampaniyasına başlayıblar və Gümrüdə yaşayan rus hərbçilərə nifrət hissi ilə yaşayırlar və bunu yeri gəldikcə gizlətmirlər. Bu gərginlik bu ilin yanvarında Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi hissəsinin əsgəri Valeri Permyakovun 7 nəfərlik erməni ailəsini qətlə yetirdikdən sonra yaranıb. Amma cinayəti törətməkdə şübhəli bilinən Permyakov şok açıqlama verərək erməniləri öldürmədiyini bildirib.m


Bu il yanvarın 12-də güllələnən erməni ailəsi


Yerli mətbuatın da yazdığı kimi, hələ Gümrüdə Avetisyan ailəsinin qətli haqqında açılan cinayət işi üzrə vəkilləri İstintaq Komitəsinə dəvət etməyiblər. Vəkil Yerem Sarkisyan bildirib ki, hazırda hadisə ilə bağlı toplanmış sənədlərin Rusiya tərəfindən tərcüməsi aparılır. İttiham edilən Valeri Permyakova gəlincə, o, Rusiya bazasındadır.

Görünür, bu məsələ Ermənistan hakimiyyətinin, yəni prezident Sej Sarkisyana sərf eləyir. Çünki Sarkisyan düşdüyü ağır vəziyyətdən çıxmaq, ictimaiyyətin iqtidara qarşı ölmüş hisslərini diriltmək, baş verən etiraz aksiyalarının qarşısını almaq üçün vaxtaşırı belə oyunlara əl atır, "Permyakov kartı"dan istifadə edir ki, Rusiyadan nəsə qoparsın. Elə bu məqsədlə bir müddət əvvəl Dövlət Dumasının MDB və Avrasiya inteqrasiyası məsələləri üzrə komitəsinin sədr müavini Oleq Lebedev ermənilərin könlünü almaq üçün Gümrüdə bir ailənin yeddi üzvünü qətlə yetirən Rusiya hərbi qulluqçusu Valeri Permyakovla bağlı məhkəmə prosesinin Ermənistan ərazisində keçiriləcəyini söyləyib. Amma maraqlıdır ki, məhkəmə hələ də baş tutmayıb.


Valeri Permyakov - rus hərbçisi

Bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində 7 nəfərlik ailəni qəddarlıqla öldürüb. Avetisyan ailəsinin 6 üzvünü güllələyib, azyaşlı uşağı süngü ilə vurub. Yeddi gün boyunca həkimlər altıaylıq körpənin həyatı üçün mübarizə apararaq onun üzərində iki əməliyyat keçirsələr də, o, yanvarın 19-da vəfat edib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024