Mobil versiya
Aparıcı Vüsalə: "Qızımı hirsləndirir" - FOTO
Tarix: 07-05-2016 | Saat: 12:20
Bölmə:Dünya | çapa göndər

Aparıcı Vüsalə: "Qızımı hirsləndirir" - FOTO








Vüsalə Əlizadə qızını ərköyün böyütmədiyini deyib.

Aia.Az publika.az-a istinadən xəbər verir ki, tanınmış aparıcı açıqlamasında vaxtının çoxunu övladına həsr etdiyini deyib: "Bu, mənim analıq borcumdur. Qızımın diqqətə, sevgiyə və ana qayğısına indi daha çox ehtiyacı var. Ona görə də bütün boş vaxtlarımı ona həsr edirəm. Ancaq müəyyən yaşdan sonra, qızımın başı məktəbdə dərslərinə qarışanda vaxtımı digər işlərə sərf edəcəm. Bəlkə də onda öz biznesimi qurmağa imkanım olacaq".

V.Əlizadə uşaqları ərköyün böyütməyin tərəfdarı olmadığını söyləyib: "Uşağı ərköyün böyütmək ən nifrət etdiyim haldır. Məsələn, biz ailədə 5 bacı, bir qardaş olmuşuq. Amma anamla atam qardaşımı ərköyün böyütməyiblər".

Aparıcı qızının onun məşhur olmasını dərk etdiyini, bəzən isə qısqandığını bildirib: "Qızımla həyətə düşəndə, yaxud parka gedəndə uşaqların mənə salam verməsi, arxamca gəlməsi onun xoşuna gəlmir. Belə olanda onu qucağıma götürməyimi, hər kəsə mənim qızım olduğunu göstərməyimi istəyir. İnsanların mənə olan diqqəti qızımı bəzən hirsləndirir. Bu da təbii haldır, çünki hələ uşaqdır, həm də anasını qısqanır, məni heç kimlə bölüşmək istəmir. Bu xasiyyətdə mənə oxşayıb".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə