Mobil versiya
Bakıda QHT sədri saxlanıldı
Tarix: 21-07-2015 | Saat: 16:10
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Hava limanında yoxlama zamanı onun çantasından soyuq silahlar, kameralı qələm aşkarlanıb.
Bakıda Qeyri-Hökumət Təşkilatının sədri saxlanılıb. Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn “Yeni Sabah” QHT-nin sədri Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Çamadan metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.

Yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

Sədr həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.


Əliyev İlqar çemodanından çıxanlar


Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024