Mobil versiya
Diplomatlar cəbhədən qayıtdı - FOTO
Tarix: 06-05-2016 | Saat: 21:05
Bölmə:Karusel | çapa göndər

Diplomatlar cəbhədən qayıtdı - FOTO








Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri başa çatıb.

APA-nın verdiyi məlumata görə, səfirlər ermənilərin intensiv atəşi nəticəsində dağıdılmış fərdi və dövlət mülkiyyətində olan obyektləri görüblər.

ABŞ səfirliyinin hərbi attaşesi, polkovnik Keys N. Felter Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulayıb: "Ümid edirəm ki, hər iki tərəf münaqişənin sülh yolu ilə həlli üçün bir yol tapacaq və biz bir daha belə səhnələri görməyəcəyik. Hər iki tərəf bu münaqişədən əziyyət çəkir. Ona görə də bunun qarşısını almaq üçün münaqişə sülh yolu ilə həllini tapmalıdır".

Avropa İttifaqının nümayəndəsi Toralf Pilz isə atəş altında yaşayan dinc əhalinin ərazini tərk etməməsini təəccüblə qarşılayıb. "Neçə ildir insanlar bu ərazidə təhlükə altında yaşayır. Buradan qayıtdıqdan sonra münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi sürətləndirməliyik. Yüksək rütbəli diplomatlara bu barədə məlumat verəcəyəm”, - deyə o vurğulayıb.

Öz növbəsində Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina səfər təşəbbüsünü yüksək dəyərləndirib: "Buraları bizə göstərdiyiniz üçün minnətdaram. Çox gözəl təşəbbüs idi”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə Azərbaycan torpaqlarının işğaldan tezliklə azad edilməsinin vacibliyini vurğulayıb. "Savaşı heç kim arzulamır. İşğal altında olan torpaqlar tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində geri qaytarılmalıdır. Azərbaycanlı qardaşlarımızla birliyimizi bu cür ifadə edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Fransanın Azərbaycandakı səfirinin müavini Fabyen Drout-Lozinski isə açıqlama vermək istəməyib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024