Mobil versiya
Ermənistan 4 günlük müharibədə yanan generallara görə Almaniyadan həkim gətirdi
Tarix: 06-05-2016 | Saat: 21:01
Bölmə:Gündəm | çapa göndər

Ermənistan 4 günlük müharibədə yanan generallara görə Almaniyadan həkim gətirdi








Almaniyanın Frayburq universitet klinikasının rəhbəri, tanınmış cərrah Martin Şvarts Ermənistan Səhiyyə Nazirliyinin dəvəti ilə Qarabağda aprelin əvvəllərində gedən döyüşlərdə yaralanan hərbçiləri müayinə etmək üçün İrəvana gedib.

Aia.az “Novosti Armeniya” agentliyinə istinadən xəbər verir ki, bu gün Şvarts və almaniyalı travmatoloq-ortoped Kristian Yaşke İrəvanın müxtəlif xəstəxanalarında müalicə olunan yaralı hərbçiləri müayinə ediblər. Almaniyalı həkimlər “Erebuni” tibb mərkəzinə, Milli Radiologiya və Yanıq Mərkəzinə, habelə Mərkəzi Klinik Hospitala baş çəkdikləri bildirilir.

Şvarts keçirdiyi mətbuat konfransında deyib ki, ən ağır yaralılar “Erebuni” tibb mərkəzinin reanimasiya şöbəsində müalicə olunur. Onun sözlərinə görə, ağır yaralı hərbçilərin gələcək taleyinə dair proqnoz vermək mümkün deyil.

Xatırladaq ki, Azərbaycan ordusu aprelin 4-də Qarabağda gedən hərbi əməliyyatlar zamanı erməni qüvvələrinin işğal altındakı Cəbrayıl rayonunda yerləşən qərargahına TOS-1A “Solntsepyok” ağır odsaçan sistemindən iki dəqiq raket zərbəsi endirib. Həmin vaxt qərargahda erməni ordusunun bir neçə generalı və polkovnikləri, digər yüksək rütbəli zabitləri olub. Onların arasında “DQR”in keçmiş “müdafiə naziri”, Ermənistanın silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini, general Movses Akopyan və Qarabağdakı erməni qüvvələrinin korpus komandiri, general Seyran Saroyan da yer alırdı.



Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdən məlum olurdu ki, qərargah TOS-1A “Solntsepyok” odsaçanın endirdiyi zərbə nəticəsində darmadağın olur. Ermənistan həmin zərbə nəticəsində nə qədər itki verdiyini açıqlamayıb. Lakin bu zərbələr Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyindən üç generalın başını yedi. Rusiyanın “Kommersant” qəzeti yazmışdı ki, Serj Sərkisyanın generalları işdən qovmasına səbəb məhz həmin dağıdıcı zərbə olub.

Belə ki, Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində ermənilər çoxlu itki verib, sağ qalanlar ağır yanıq xəsarətləri alıb. Məlum olub ki, Dağlıq Qarabağın xəstəxanalarında yanıq əleyhinə effektiv dərman vasitələri yoxdur və həmin dərmanları təcili Moskvadan gətirmək lazım gəlib. Qəzet yazırdı ki, Sərkisyan ordunun kəşfiyyat rəisini Azərbaycanın TOS-1A “Solntsepyok” odsaçan sistemini atəş mövqeyinə çıxarmasından xəbər tutmadığı üçün cəzalandırıb.

Odsaçan zərbəsi nəticəsində yanıq xəsarətləri alan hərbçilər İrəvan xəstəxanalarına, o cümlədən Milli Radiologiya və Yanıq Mərkəzinə yerləşdirilib. Belə görünür ki, Almaniyadan tanınmış həkimin çağırılmasının əsas səbəbi də məhz Cəbrayıldakı qərargahda yanan generalların, digər yüksək rütbəli zabitlərin müalicəsi ilə bağlıdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə