Mobil versiya
Narkotik vasitələrdən istifadə leqallaşdırılsın
Tarix: 06-05-2016 | Saat: 15:38
Bölmə:Karusel | çapa göndər

Narkotik vasitələrdən istifadə leqallaşdırılsın
Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur. Bu nəyə lazımdır?!

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Q. Həsənquliyev deyib ki, həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil: “Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, qanun layihəsi parlamentə göndərilməzdən əvvəl komitələrdə müzakirələr aparılır, təkliflər də o zaman irəli sürülməlidir.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024