Mobil versiya
Dünyada planşet satışı 15 faiz azalıb
Tarix: 06-05-2016 | Saat: 12:47
Bölmə:Şou-biznes | çapa göndər

Dünyada planşet satışı 15 faiz azalıb

Bu ilin birinci rübündə 2015-ci ilin analoji dövrü ilə müqayisədə dünya üzrə planşet satışı bazarı 15 faiz azalıb

Aia.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bu müddət ərzində 39,6 milyon ədəd planşetin satışı həyata keçirilib, ötən il isə bu rəqəm 46,4 milyon ədəd təşkil edib.

Son aylar ərzində klaviaturaya qoşulan hibridlərə tələbat xeyli artır. Paralel olaraq masaüstü kompüterlər və noutbukların satışı düşür.

Mütəxəssislər hesab edir ki, bu, hibrid planşet modelləri rahat olduğuna görə baş verir. Hazırda “Microsoft Surface Pro 4” və “Apple iPad Pro” kimi planşetlər olduqca populyardır. Onlar bəzi texniki xüsusiyyətlərinə görə bir çox noutbuklardan geri qalmır, bəzən hətta olduqca yüngül və rahatdırlar.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024