Mobil versiya
Bakıda fahişə şəbəkəsi: Gecəsi 40, içkisi 200 manat (FOTO - AUDİO)
Tarix: 06-05-2016 | Saat: 12:24
Bölmə:Aia TV | çapa göndər



Türkiyədən Azərbaycana üz tutan 3 turist Bakıda işbazların qurbanı olub.

Aia.az interpress.az-a istinadən bildirir ki, turistlər paytaxtda fəaliyyət göstərən kafe və barlarla əlbir olan qadınların tələsinə düşüblər. Belə ki, gecə saatlarında əylənmək istəyən Türkiyə vətəndaşları "odnoklassniki" sosial şəbəkəsində tanış olduqları qadınla əlaqə saxlayaraq görüş təyin ediblər: "Qadın söhbət zamanı 25 manata görüşdüyünü bildirdi. Yerləşdirdiyi şəklin altında da şəklin ona aid olduğunu yazmışdı.

Nömrəyə zəng edəndə bizi "Nizami" metrosunun qarşısına çağırdı. Metronun yanında olanda təkrar mənə zəng edin dedi və biz də elə etdik. Bizə "Nizami" metrosundan köhnə avtovağzal istiqamətində yuxarı tərəfə qalxmağımızı istədi və oradaki marketdən iki qutu siqaret və "Red Bull" almağımızı istədi. Biz tapşırılanları alanda onlar artıq bizi gördülər və Mustafa Sübhi küçəsində yerləşən kafeyə dəvət etdilər. İçəri girən kimi masanın üstünü biz sifariş vermədən doldurdular. Qızlar içirdilər, söhbət etdilər. Biz artıq işin nə yerdə olduğunu anladıq və qızlara getmək istədiyimizi deyəndə bizə hesab gətirildi. Baxdıq ki, 205 manat yazılıb. 105 manat içki, 50 manat da kabinet pulu. Biz hesabın məbləğinə mat qaldıq. Etiraz etdik ki, axı biz sifariş verməmişik, ikincisi də bizə gətirilən içkilər bu məbləğdə deyil. Belə deyəndə içəridən iri cüssəli oğlanlar çıxıb bu məbləği ödəmədən buradan çıxa bilməyəcəyimizi dedilər. Uzun mübahisədən sonra pulumuzun olmadığını izah edə bildik. Bizim üstümüzü axtardılar. Nəyimiz varsa hamısını stolun üstünə boşaltmağı əmr etdilər. Portmanat və cibimizdə pul tapmayanda kafenin müdiri bizimlə belə razılaşdı ki, 50 manat verin, çıxın. Biz 50 manat ödəyib kafedən uzaqlaşdıq".

Zərər çəkən Türkiyə vətəndaşı hadisəni nəql etdikdən sonra jurnalist ondan təkrar o nömrə ilə əlaqə saxlamağını istəyib.

Özünü "odnoklassniki"də Leyla kimi təqdim edən qız bu dəfə Əsmər olduğunu deyir və turistdən yerini soruşur. Turist "Sahil" metrosunun yaxınlığında olduğunu deyir. Qiymətini soruşan müştəriyə gecəsinin 40 manata olduğunu deyir. Əsmər türkiyəli müştərisini Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasının qarşısına dəvət edir.

Rəssamlar İttifaqının qarşısında olarkən dəfələrlə zəng olunmasına baxmayaraq bu dəfə qadına zəng çatmır. Görüş təyin etdiyi yerə bir az göz gəzdirdik. Gül dükanının yanında pab olduğunu gördüyümüz zaman ehtimal etdik ki, Türkiyə vətəndaşlarının növbəti tələsi burada imiş. Çünki bizimlə telefon danışığında evə dəvət etmədiyi üçün ağla sadəcə bu ehtimal gəlir.

Bu arada qeyd edək ki, bu əxlaqsız həyat tərzi sürən qadınlar bir şəbəkədir. Müxtəlif kafe və barlarla əlbir işlədikləri iddia olunur. Faizlə barların tələsinə müştəri salırlar. İlk olaraq zəng edən müştərilərin harada olduğunu soruşurlar və müştərinin olduğu yerə yaxın bir məkan müəyyənləşdirirlər.

Hesab ödənilməyəndə döyülürlər

Planlarımız baş tutmadığı üçün, Türkiyə vətəndaşları ilə onların tələyə düşürüldüyü ilk məkana müştəri kimi yollandıq. Məkana yaxınlaşdıq, lakin kafeyə daxil olmadan məkanın qarşısında bir qrupun toplandığını və içkili halda mübahisə etdiyinin şahidi olduq. Mübahisəyə uzaqdan qulaq asdıq və sürücü olduğunu deyən bir müştəri də növbəti qurban idi. Qısa mübahisədən sonra gənc oğlan bir neçə nəfər tərəfindən möhkəm döyüldü.
Audio yazıya qulaq asmaq üçün bu linkə daxil olun:
https://soundcloud.com/interpress-az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024