Mobil versiya
Kreditlərinizi təyinatı üzrə işlədin, yoxsa...
Tarix: 06-05-2016 | Saat: 12:22
Bölmə:İqtisadiyyat | çapa göndər

Kreditlərinizi təyinatı üzrə işlədin, yoxsa...


Azərbaycanda qanunsuz kredit alanlar və aldıqları krediti təyinatı üzrə istifadə etməyənlər, eləcə də dövlət borcundan istifadə qaydalarını pozanlar üçün cərimələrin məbləği artırılır.

Aia.az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin edilməsi təklif olunur.

Məcəllənin hazırkı variantına görə, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni layihədə isə təklif edilir ki, birinci hala görə şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən 4 mislinədək miqdarda cərimələnsin və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

İkinci hala görə, yəni eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən 5 mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

Bununla yanaşı, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozmağa görə cərimələrin maksimal həddi artırılır. Belə ki, yeni layihəyə əsasən, əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda (hazırda iki misli miqdarında) cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda şəxs üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək olan miqdarda (hazırda üç misli miqdarında) cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024