Mobil versiya
Bankların qara siyahısında adı olanlara kredit verilə bilərmi?
Tarix: 05-05-2016 | Saat: 21:44
Bölmə:İqtisadiyyat | çapa göndər

Bankların qara siyahısında adı olanlara kredit verilə bilərmi?





Adı bankların qara siyahısında olan şəxslərə kredit verilmir. Bu vəziyyətlə adları mərkəzləşdirilmiş kredit reyestrində qara siyahıya düşən əksər insan rastlaşır. Bəs vəziyyətdən çıxış yolu nədir?

Vüsal Əlizadə mərkəzləşdirilmiş kredit reyestrində problemli müştəri kimi qara siyahıya salınmış çoxsaylı vətəndaşlardan biridir. Sonuncu kreditini ödəyib qurtarmasından 2 il keçsə də ona heç bir bank kredit vermir.

Bu fakt adı qara siyahıda olan şəxslərin növbəti dəfə kredit götürmə imkanlarını gündəmə gətirir. Ekspertlər deyir ki, kredit verən bank mütləq müştərinin hazırki maliyyə hesabatını və kredit tarixçəsini araşdırır. Əgər adı preoblemli müştəri kimi bir neçə dəfə qara siyahıya düşübsə və müştərinin maliyyə vəziyyəti düzəlməyibsə banklar həmin şəxsə kredit verməyə bilər.

Əgər müştərinin adı cəmi 1 dəfə qara siyahıya düşübsə və hazırda təhlükəsiz gəlir yeri varsa banklar mütləq həmin şəxsə kredit verməlidir.

Belə hallarla üzləşənlər həmin bankı məhkəməyə, Maliya Bazarlarına Nəzarət Palatasına və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdəfiəsi Dövlət Xidmətinə şikayət edə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024