Mobil versiya
"Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı qanun layihəsi hazırlanmalıdır"
Tarix: 05-05-2016 | Saat: 19:39
Bölmə:Gündəm | çapa göndər

"Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı qanun layihəsi hazırlanmalıdır"







AIA.az-aMilli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, əgər Minsk qrupu Ermənistanın bu cür təxribatına reaksiya vermirsə, deməli, onlar əvvəldən də bunu bilirdilər.

O bildirib ki, bu qanun layihəsi Ermənistanın işğalçı olduğunu sübut edən faktdır və ona qarşı təcili sanksiyalar tətbiq edilməlidir.

Millət vəkili hesab edir ki, Azərbaycan özü ilk mərhələdə əzəli torpaqlarımız olan Zəngəzurun Azərbaycana birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlamalıdır: "Azərbaycanın tarixi torpağı olan Zəngəzur qeyri-qanuni olaraq o vaxt Ermənistana verilib. O torpaqların geri qaytarılması haqqında Azərbaycan Milli Məclisi qanun qəbul etməlidir və öz hüquqlarını tələb etməlidir. Çünki bunun hüquqi əsasları var. O torpaqlar Azərbaycanın olub, sonradan qeyri-qanuni yolla Ermənistana verilib. Dağlıq Qarabağın isə Ermənistana heç bir aidiyyəti olmayıb. Çünki Ermənistan özü Azərbaycan torpaqlarında yaradılıb".

B.Əliyev bu təkliflə Milli Məclisdə çıxış etmək niyyətindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024