Mobil versiya
Messi haqda qalmaqallı iddia
Tarix: 05-05-2016 | Saat: 15:29
Bölmə:İdman | çapa göndər




Argentina yığmasının fiziki hazırlıq üzrə sabiq məşqçisi Karlos Dibos şok açıqlama ilə diqqət çəkib.

Aia.az apasport.az-a istinadən xəbər verir ki, o, yığmanın heyətinin Lionel Messinin qurduğunu iddia edib.

Dibos millidə həm baş məşqçiləri, həm də futbolçuları məhz kapitanın müyyənləşdirdiyini söyləyib: "Bu dəlilikdir. Yığmanın baş məşqçisini Messi seçir. Həmçinin futbolçu heyətinə də onun istədikləri çağırılır. Nəticəsi də göz önündədir. Niyə mətbuat Dieqo Simeonenin milliyə gətirilməsini istəmir, bu barədə yazmır? Çünki Messi Simeoneni millinin "sükanı" arxasında görmək istəmir".

Qeyd edək ki, Karlos Dibos 2006-2008-ci illərdə Argentina millisində çalışıb.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə