Mobil versiya
Lavrov Qarabağa aid bəyanatla çıxış etdi
Tarix: 04-05-2016 | Saat: 19:19
Bölmə:Manşet | çapa göndər

Lavrov Qarabağa aid bəyanatla çıxış etdi






«RİA Novosti» Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vəziyyətlə bağlı xüsusi bəyanatını yayıb.

Məlumatda bildirilir ki, hazırda əsas vəzifə atəşkəs rejiminin istənilən pozuntu hallarının aradan qaldırılması, yeni qurbanların qarşısının alınması və atəşkəsə riayət edilməsinin işlək mexanizlərinin hazırlanmasıdır.

Lavrovun sözlərinə görə, bu anlaşma «hələ təxminən beş il öncə Dmitri Anatolyeviç Medvedev prezident olduğu dövrdə Ermənistan və Azərbaycan prezidentləri tərəfindən imzalanmışdı».

«Onlar hadisələrin araşdırılmasının belə mexanizmləri, inamın möhkəmləndirilməsi xeyrinə razılaşmışdılar. ATƏT-ə bununla məşğul olmaq tapşırıldı, ATƏT nümayəndələri də müxtəlif variantlarda belə layihələr hazırladılar. Lakin təəssüf ki, həmin mərhələdə, 2012-ci ildə iş sona qədər getmədi. Amma indi istəyirik ki, tərəflər buna qayıtsınlar, ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu dəstəkləyirik», - Rusiya XİN bnaşçısı belə deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024