Mobil versiya
Azərbaycanda kişini parkda öldürdülər
Tarix: 04-05-2016 | Saat: 16:21
Bölmə:Cəmiyyət | çapa göndər



Sumqayıtda qətl törədilib. Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəlləsindəki parkın ərazisində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Tapdıq Musayev şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri alan kişi hadisə yerində ölüb.

Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sumqayıt şəhərində bir neçə gün əvvəl də qətl törədilib. Şəhər sakini Elməddin Abışov mənzilində arvadı Elnarəyə bıçaqla xəsarət yetirib. Qadın hadisə yerində ölüb. E.Abışov könüllü olaraq 1-ci PB-yə gələrək təslim olub. Hadisə qısqanclıq zəminində baş verib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024