Mobil versiya
Ermənilər yeni, çox ağır ZƏRBƏ ALDILAR
Tarix: 04-05-2016 | Saat: 15:40
Bölmə:Manşet | çapa göndər



Dünyanın müxtəlif ölkələrindəki erməni icmalarının diaspor təşkilatlarının gücü, maliyyə imkanları və təşkilati potensialları zəif deyil. Bu, bəlli məsələdir.
O da məlumdur ki, erməni diaspor təşkilatları ABŞ siyasətinə - rəsmi Vaşinqton bunu daim inkar etsə də - ciddi təsir edir, Avropa Birliyi ölkələrinin bəzilərində qanunverici strukturların qərarlarının qəbulu prosesinə təzyiqlər göstərirlər.
ABŞ ilə yanaşı, Yunanıstan, Fransa, Argentina, Çili, Rumıniya, Bolqarıstan, İspaniya, Belçika, Almaniya və daha 14 ölkədə erməni icmalarının mövqeləri güclüdür.
Həmin ölkələrdə Türkiyəyə və Azərbaycana qarşı yönəlmiş qərarların, qanun layihələrinin, qətnamələrin qəbulunda, ikili standartlar praktikası çərçivəsində atılan addımlar, qondarma "erməni soyqırımı"nın və ya Dağlıq Qarabağdakı erməni separatçılarının "müstəqilliyinin" tanınması ilə bağlı sənədlərin təkanverici qüvvəsi, müəllifləri və təşəbbüskarları da məhz həmin erməni diaspor təşkilatlarıdır. Bu qurumların maliyyələşdirdikləri kampaniyalar, pul ayırdıqları lobbinq şirkətləri, "iaənələr" adı ilə maliyyə vəsaitlərini əsgirgəmədikləri siyasətçilərin Ankara və Bakıya düşmən kəsilməsinin əsas səbəbi maddi maraq, siyasi mənafelərdir.
Məsələn, ABŞ-ın Kaliforniya ştatında amerikalı siyasətçi erməni seçicilərin səslərini itirmək istəmirsə, Almaniyada və ya Çilidə deputat, yaxud siyasətçi erməni pullarından məhrum olmaq istəmir.
Erməni diasporu məhz bu səbəbdən özünü güclü, az qala "qüdrətli" sayır.
Fəqət, dünən ermənilərə əsla gözləmədikləri halda, qəflətən ağır zərbə endirilib.
ABŞ-dakı yəhudilərin icma təşkilatları Avropadakı analoji strukturlarla birlikdə ermənilərə qarşı ədalət kampaniyasına başlayıblar.
Bu kampaniya irqçiliyə, antisemitizmə, şovinizmə, terrorizmə və milli mənsubiyyətə görə insanları qətlə yetirənlərin cəzalandırılması, belə cinayətlərlə mübarizə aparılaraq onlara ədalətli qiymətin verilməsi ilə bağlıdır.
Kampaniyanın təşəbbüskarları Amerika-Yəhudi İctimai Əlaqələr Komitəsi (American Israel Public Affairs Committee, AIPAC), Amerika Yəhudi Komitəsi (American Jewish Committee, AJC), "Hadassah", "Qlobal Yəhudi Ədaləti" (Global Jewish Advocacy), Amerikanın Aparıcı Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı (Conference of Presidents of Major American Jewish Organizations, CPMAJO), Yəhudi Federasiyaları və Xeyriyyə Təşkilatları İttifaqı (Council of Jewish Federations and Welfare Funds), "Birləşmiş Yəhudi Çağırışı" (United Jewish Appeal) və "Bnay Brit Antidiffamasiya Liqası"dır (Anti-Defamation League, ADL).
Sadalanan təşkilatlar Birləşmiş Ştatlarla yanaşı, dünyanın ən nüfuzlu yəhudi qurumları sayılır. Sadəcə, onu vurğulayaq ki, ABŞ-dakı prezident seçkiləri zamanı AIPAC və ADL-də çıxış edərək yəhudilərin dəstəyini almağa çalışmayan, yaxud da hansısa bəyanatı və ya açıqlaması ilə "Hadassah" və ya "Global Jewish Advocacy"nin kəskin narazılığna səbəb olan siyasətçinin uğur qazanma şansı həddən ziyadə azdır. Daha doğrusu, sıfıra bərabərdir.
Hətta ekstravaqantlıq və radikallığı seçkiqabağı təbliğat kampaniyasının əsas elementləri seçmin respublikaçı Donald Tramp belə, Birləşmiş Ştatlardakı sadalanan yəhudi qurumlarının tam dəstəyini almağa çalışır.
İndi həmin yəhudi təşkilatları erməni diaspor qurumlarını antisemitizmdə, Ermənistanı isə "bəşəriyyətə qarşı cinayətlər işləmiş şəxsləri dəstəkləmək"də suçlayırlar.
AİPAC funksionerləri deyirlər: "Ermənistanın sabiq baş naziri Qrant Baqratyan ötən il ölkə parlamentinə Holokostun rəsmən tanınması ilə bağlı qanun layihəsi təqdim etmişdi. Biz də düşündük ki, yəqin, Ermənistan gec də olsa, gerçəkləri etiraf edib, yəhudilərə qarşı törədilmiş misilsiz vəhşilikdəki cinayətləri pisləmiş ölkələr sırasına qatılacaq. Lakin Qrant Baqratyan sonradan geri çəkildi və dedi ki, əgər İsrail ermənilərin "soyqırım"ını tanımasa, Ermənistan da Holokostu tanıyan deyil. Bu, yumşaq desəm, mənəviyyatsızlıq, siyasi alverdir və bir daha aşkar göstərir ki, Ermənistanda dini və irqi zəmində dözülməzliklə yanaşı, antisemitizm dövlət səviyyəsində yürüdülən siyasətdir".
ABŞ yəhudiləri onu da bildirirlər ki, 2-ci Dünya Müharibəsi illərində Avropadakı yəhudilərin soyqırıma məruz qalmalarını, Holokost (yəhudilər bu olaya "Şoa" deyirlər, - E.A.) yaşamalarını Nürnberq prosesindən sonra bütün dünya birliyi tanısa da, Ermənistan bunu 70 il sonra da etiraf etmək istəmir.
ABŞ-dakı yəhudi qurumlarını bəyanatında deyilir: "Holokostla ermənilərin soyqırım iddialarını eyniləşdirmək yolverilməzdir. Yalnız Avropada alman faşizmi 6 milyon yəhudini yalnız yəhudi olduqları üçün məhv etdi. Osmanlı Türkiyəsində isə ermənilər Çar Rusiyasının siyasətinin qurbanı oldular: Rusiya ermənilərə Osmanlı Türkiyəsi ərazisində onlara dövlət qurulacağını vəd etmiş, bu minvalla erməniləri şirnikləndirmiş, onları Türkiyədə hakimiyyətə və orduya qarşı vuruşmağa, dinc əhaliyə atəş açmağa vadar etmişdi. Sovetlər Birliyi dağılandan sonra isə Ermənistanda antisemitizm, yəhudilərə qarşı dözülməzlik halları dəfələrlə artdı. Ölkədəki iqtsadi problemlər və ictimai kollaps isə Ermənistandakı yəhudilərin əksəriyyətini bu ölkədən mühacirətə vadar etdi".
Məşhur yəhudi siyasi analitik və ekspert, Cənubi Qafqaz üzrə ekspert, Hayfa Universitetinin əməkdaşı Arye Qut isə bildirir: "Ermənistanda yəhudilərə qarşı zorakılıq davam edir. Ölkədə antisemit ruhlu kitablar, dərsliklər çap olunur və bunu siyasətçilər, kütləvi informasiya vasitələri də dəstəkləyirlər. İkinci Dünya Müharibəsi illərində yəhudilərə divan tutmuş general Drastamat Kanayan, yəni ermənilərin "general Dro" dedikləri cəllad Ermənistanda milli qəhrəmandır. Ermənistan rəhbərliyi şovinizm və ekspansionizmə əsaslanan siyasətinə haqq qazandırmaq üçün Dro kimi yəhudi qatillərinin "irsi"ini təbliğ edir. Halbuki, tarix heç nəyi unutmur. Biz yəhudilər də İkinci Dünya Müharibəsi illərində alman nasistlərinin yaratdıqları, 25 min ermənidən ibarət "Erməni legionu"nun vəhşiliklərini unutmamışıq və unutmaq niyyətində də deyilik".
General Dro 1942-ci ildə Himmlerin qəbulunda olmuş, ondan təlimatlar almışdı. Dronun rəhbərlik etdiyi "Dromedar" zonder-komandası sadəcə, 1941-ci ilin noyabrın 16-dan dekabrın 15-dək Krımın Simferopol, Yevpatoriya, Aluşta, Karasubazar, Kerç, Feodosiya bölgələrində 17645 yəhudini vəhşicəsinə qətlə yetirmişdi.
General Dro ilə yanaşı, Ermənistanda Qaregin Njde də milli qəhəman sayılır. Halbuki Qaregin Njde minlərlə yəhudinin edamında birbaşa suçludur.
ABŞ yəhudi təşkilatlarının fikrincə, Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan da İsraillə, yəhudilərlə "dost" olduqlarını desələr də, Dro və Njdenin "ənənə"lərinə sadiqdirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024