Mobil versiya
BƏRDƏDƏ YÜZÜNCÜ KƏNDƏ QAZ VERİLDİ
Tarix: 04-05-2016 | Saat: 11:29
Bölmə:Aia TV | çapa göndər



(MEHDİLİ VƏ CUMALAR KƏNDLƏRİNDƏ TƏBİİ QAZ AÇILIŞI)

Mayın 3-də Bərdə rayonunun Mehdili və Cumalar kəndlərində təbii qaz verlişinə həsr edilmiş açılş tədbirləri keçirilmişdir.Həmin tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər. Tədbirləri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır.Bildirmişdir ki,cari ilin ötən dövründə rayonda 128,1 km müxtəlif diametrli qaz xətləri çəkilərək 6 kənd qazlaşdırılmış, 1116 abonentə təbii qaz verilmiş, bu gün daha 2 kəndimizə təbii qaz verilir. Yaxın vaxtlara rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır.

Mehdili kəndinin qazlaşdırılması üçün 17,9 km-dən çox müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 27 ədəd siyirtmə quraşdırılmış, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Mehdili kəndində 324 ailəyə təbii qaz verilmişdir.

Cumalar kəndinin qazlaşdırılması üçün 8,2 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 20 ədəd siyirtmə quraşdırılmış, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır.Cumalar kəndində 143 ailəyə təbii qaz verilmişdir.

Tədbirlərdə Mehdili kənd sakinləri Şəmilova Ramilə Əli qızı,Sadıqov Cümşüd Pənah oğlu, Cumalar kənd sakinləri Ağayev Rəşid Məhəmməd oğlu, Hacıyeva Sevda Aslan qızı çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov və Milli Məclisin

deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov sakinlərlə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.





Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024