Mobil versiya
Sensasiya: Yerin 3 "əkiz"i tapıldı - FOTO
Tarix: 3-05-2016, 10:58 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Sensasiya: Yerin 3 "əkiz"i tapıldı - FOTO


Beynəlxalq astronomlar qrupu Dolça bürcündə ölçüləri Yer boyda olan üç planet aşkarlayıblar.

Aia.az Nature-a istinadən bildirir ki, Çilidəki rəsədxana vasitəsilə aparılan müşahidələr zamanı aşkarlanmış planetlər "2MASS J23062928-0502285" və ya "Trappist-1" adlı qırmızı-qəhvəyi rəngli cırtdan ulduzun ətrafında dövrə vururlar. Bu ulduzun ölçüləri Günəşin 1/8-i qədərdir.
Miniatür planetar sistem Yerdən 40 işıq ili məsafəsindədir. Belçikadakı Lyej Universitetinin professoru Mixael Hillonun sözlərinə görə, bu üç planetdən ən azı biri yaşam üçün yararlı temperatura malikdir.

"Bu planetlər Yerin Günəşə olan məsafəsi ilə müqayisədə öz ulduzlarına 20-100 dəfə yaxındır. Aşkarlanan sistem miqyas baxımından Günəş sistemindən daha çox Yupiterə və onun peyklərinə bənzəyir".
"Trappist-1" ulduzunun çəkisi Günəşdən 10 dəfə, şüalanması isə 2 min dəfə azdır.

2018-ci ildə orbitə çıxarılacaq "Ceyms Uebb" orbital teleskopu vasitəsilə bu planetləri tədqiq etmək nəzərdə tutulub.
Amerikalı astronomlar isə bildirirlər ki, aşkarlanan planetlərin üçündə də həyat ola bilər.

"Yeni tapıntımız planetar sistemlər və Kainatda yaşam axtarışı ilə bağlı təsəvvürlərdə əsl inqilabdır. İndiyədək ultrasoyuq cırtdan ulduzların ətrafında "qırmızı aləm"lərin varlığı sırf nəzəri baxımdan əsaslandırılırdı. İndisə zəif qırmızı ulduzun ətrafında tənha planeti yox, üç planetdən ibarət sistemi tapdıq,", - tədqiqat qrupunun üzvü Emanuel Jee deyib.

Sensasiya: Yerin 3 "əkiz"i tapıldı - FOTO
Sensasiya: Yerin 3 "əkiz"i tapıldı - FOTO
Sensasiya: Yerin 3 "əkiz"i tapıldı - FOTO
Sensasiya: Yerin 3 "əkiz"i tapıldı - FOTO
Aia.az



5476 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031