Mobil versiya
Türkiyədə millət vəkilləri arasında dava düşdü
Tarix: 03-05-2016 | Saat: 10:40
Bölmə:Siyasət | çapa göndər



Türkiyə Böyük Millətlər Məclisinin Konstitusiya Komissiyasının iclasında Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri arasında dava düşüb.

Aia.az-in məlumatına görə, ədalət naziri Bekir Bozdağın ötən həftə komissiyada baş verən davada məsləhətçilərin də iştirak etdiyini söyləməsinə HDP-li deputatlar reaksiya göstərib.

AKP-li deputatlar da bu vəziyyətə qarşılıq verdikdən sonra müzakirələr davaya çevrilib. AKP və HDP-li millət vəkilləri bir-birlərinə yumruq və təpik atıb. Masaların üzərinə çıxan millət vəkilləri əllərinə keçənləri bir-birinin başına tullayıb. Döyüş anı komissiyada olan digər şəxslər tərəfindən kameraya çəkilib.

TBMM Konstitusiya Komissiyasında baş verən döyüşdən sonra HDP və CHP-li üzvlər komissiya iclasının təxirə salınmasını istəyib. Səs vermədə komissiyanın işlərə davam etməsi qərarı alınıb.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024